Yeni mərhələ başlayır - Səfirdən ilk şərh

Yeni mərhələ başlayır -
“Bakı-Tiflis-Qars dəmiryolu geniş coğrafiyanı bir-birinə birləşdirəcək”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. Onun sözlərinə görə, sözügedən dəmiryol xətti yalnız Azərbaycan və Türkiyəni deyil, eyni zamanda, Pekindən Londona qədər böyük bir ərazini əhatə edəcək.

Səfir iki ölkənin bir çox sahədə əməkdaşlığına da toxunub. O, mədəniyyət və elm sahəsində yüksək səviyyəli səfərlərin olacağını və bu görüşün iki qardaş ölkənin bir-birinə nə qədər sıx bağlı olduğunu sübut etdiyi deyib. X. İbrahim onu da vurğulayıb ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında hər iki prezidentin verəcəyi qərarlar bölgənin gələcəyinə ciddi təsir edəcək, “Bir millət, iki dövlət” olduğumuzu bir daha sübut edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...