Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin birləşdirilməsi qəliz prossesdir
Dövlət Gömrük Komitəsi ilə Vergilər nazirliyi birləşdirilsə çox nazirliyin səlahiyyətləri ləğv edilməlidir.
Gundeminfo.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, prosses çox uzun zaman və böyük vəsait tələb edir: "Son günlər gündəmdə olan bu iki dövlət qurumunun (VN və DGK) birləşdirilməsi məsələsi müzakirə olunur. Bir fiskal qurumun yaradılması əslində struktur ishalatları baxımından daha uyğun görünür. Amma DGK ləğv edilərək Vergilər Nazirliyinə birləşdiriləcəksə o zaman "bir pəncərə" sistemi bir az böyüyüb xalq dilində desək aynabənd olmalıdır. Ölkənin idxal və ixrac hərəkətlərini və bundan dolayı bütün yığım və rəsmiyyətləri Vergilər Nazirliyi həyata keçirməli olacaq. Eyni zamanda az qala 10-cu əsrdən bəri mövcud olan daxili vergi yığımlarını da bir qurum həyata keçirməlidir. Mümkündürmü?".

R.Abasbəylinin fikirincə birləşdirmə prossesində dünya təcrübəsində də ciddi problemlər olub və bu gün də var. "Düzdür bəzi dostların iddia etdiyi kimi, dünya təcrübəsində bu bir fiskal qurumlar var. Amma onların fəaliyyətində nə qədər qüsurların olduğuna da diqqət etmək lazımdır. Azərbaycanda dövlət büdcəsinin formalaşmasında bu qədər mühim rol oynayan iki qurumu bir quruma cəmləmək üçün onlarla nazirlik və komitənin səlahiyyətlərinə yenilik etmək lazımdır. Bu isə zaman, kadr, islahat üçün vəsait və ortaya çıxacaq katalikizmlər baxımından heç də əlverişli deyil. Dövlət sistemində bir cümlənin rəsmi dəyişməsi üçün islahat milyonlar tələb edir. Struktur islahatı dediyimiz bu birləşmə isə indiki məqamda ən azı Milli Məclislə Nazirlər Kabinetinin aylarla faziləsiz 24 saat işləməsinə səbəb olar..."
716 dəfə oxundu