İlham Əliyev məmurları topladı - yenilənib

İlham Əliyev məmurları topladı -

Bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir. GUNDEMİNFO.AZ xəbər verir ki, prezident İlham Əliyev konfransda iştirak edir. Dövlət başçısı konfransda giriş nitqi söyləyir.

“Qazlaşdırma, elektrik enerjisi, içməli su və kanalizasiya xidmətləri ilə təminat sahəsində işlərin davam etdirilməsi vacibdir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı bildirib ki, bu il yeni torpaq sahələri suvarılacaq, avtomobil yolları çəkiləcək: “6 rayon mərkəzi xəstəxanası, 137 modul tipli məktəb, 4 olimpiya idman kompleksi tikiləcək. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində olacaq. Yeni iş yerlərinin açılmasının daimi proses olması vacibdir. Özünüməşğulluq, həmçinin ailə biznesinə “Asan dəstək”, “Abad proqramı” əhəmiyyətlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün tədbirlər görülməlidir. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, həm də ölkədə dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı işlər görülür”.

Prezident İlham Əliyev bildirib ki, bu il 3 “ASAN Xidmət” mərkəzi, xalça fabrikləri açılacaq, yeni sənaye müəssisələri fəaliyyətə başlayacaq: “Turizmin, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac məhsulları üçün yeni bazarların tapılması və ixracdan asılılığın azaldılması istiqamətində tədbirlər görülməlidir. Azərbaycanda iqtisadi və maliyyə vəziyyəti sabitdir. Ölkədə gedən islahatlar uğurlu nəticələr verir. Ölkədə yürüdülən siyasət xalqın maraqlarına xidmət edir, dövlətimizi daha da gücləndirir”.

Dövlət başçısı bildirib ki, son 14 ildə ölkəmizdə demoqrafik proseslər sürətlə gedib: “Ötən 14 ildə əhalimiz 1,5 milyon nəfər artıb. Bu dövrdə maaş və pensiyalar dəfələrlə artırılıb, önəmli sosial layihələr icra olunub. Minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi, olimpiya idman kompleksləri inşa olunub. Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb. “ASAN Xidmət” mərkəzlərinin yaradılması ictimai xidmətlər sırasında bir inqilaba çevrilib”.

Prezident İlham Əliyev bildirib ki, kosmik ölkəyə çevrilən Azərbaycanda icra olunan nəqliyyat və energetika layihələri ölkəmizin uzunmüddətli və uğurlu inkişafını şərtləndirir: “Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihədir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri böyük əhəmiyyət kəsb edir. Bütün bu layihələr ölkəmizin uzunmüddətli inkişafına şərait yaradıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...