Putinə hansı oliqarxların adı verildi? - Kreml hesabatı-2

 Putinə hansı oliqarxların adı verildi? -

Rusiyaya qayıtmaq istəyən oliqarxların adı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Qəzet Boris Titovun Rusiya Prezidenti Vladimir Putinə təqdim etdiyi siyahıda “Trast Bank”ın əsas səhmdarı İlya Yurovun, “Marta” holdinqinin (artıq müflis olub – red.) rəhbəri Georgi Trefilovun, “Avroseti” şirkətinin təsisçisi Yevgeni Çiçvarkinanın olduğunu bildirib.

Qeyd edək ki, dünən Rusiya prezidentliyinə namizəd, İnkişaf Partiyasının sədri Boris Titov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə o, Putinə Rusiyaya qayıtmaq istəyən rus oliqarxların siyahısını təqdim edib. Siyahıda 10-dan çox oliqarxın adı yer alıb. Titov bu şəxslərin Britaniyada olduğunu və onların İnterpol tərəfindən axtarışının dayandırıldığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...