Azərbaycanlı merin həbsi ilə bağlı – Rəsmi açıqlama

Azərbaycanlı merin həbsi ilə bağlı –

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilovu həbs ediblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kavkazkiy uzel” portalı yayıb. Cəlilovun torpaqların paylanılmasında maxinasiyalara yol verdiyi üçün şübhəli bilindiyi vurğulanır.

Maqomed Cəlilovla bərabər, onun onun qardaşı Zulfiddin Cəlilov da saxlanılıb.

***

Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilov həbs edilməyib.

Bu barədə məlumat Dərbənd Rayon Administrasiyasının rəsmi saytında yer alıb.

Mətbuat xidməti Cəlilovun hazırda iş yerində olduğunu və ənənəvi rejimdə çalışdığını bildirib.

Qeyd edək ki, Cəlilov 2015-ci ilin noyabrından Dərbənd rayonuna rəhbərlik edir. Cəlilov milliyətcə azərbaycanlıdır. O, Dərbənd rayonunun Rukel kəndindəndir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...