Ziya Məmmədovun meşədəki villasının yanması ilə bağlı RƏSMİ MƏLUMAT

Ziya Məmmədovun meşədəki villasının yanması ilə bağlı

Daxili İşlər Nazirliyi İsmayıllıda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Gundeminfo.az nazirliyə istinadən xəbər verir ki, fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları - Ömər və Zeynəb xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Qeyd edək ki, yanğın sabiq nəqliyyat naziri Ziya Məmmədovun Buynuz kəndindəki villasının həyətində gözətçi üçün tikilmiş evdə baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...