İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi - CANLI YAYIM

İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi -

İyunun 23-də Türkiyənin İstanbul şəhərində keçiriləcək bələdiyyə seçkilərindən öncə iki namizəd Binəlı Yıldırım və Əkrəm İmamoğlu ilk dəfə canlı yayımda üz-üzə gəlib.

Hazırda davam edən canlı yayımda namizədlərə sualları aparıcı İsmayıl Küçükkaya ünvanlayır.
Aparıcının Əkrəm İmamoğluna ünvanladığı “18 gün İstanbulun bələdiyyə rəhbəri oldunuz. Nələr etdiniz?” sualı maraq doğurub.

Binəli Yıldırımın çıxışından sonra söz alan Əkrəm İmamoğlu Yıldırımın 25 illik hakimiyyətdə olduğu müddətdən daha çox iş görə biləcəklərinə eyham vuraraq, seçkiöncəsi təşviqat kampaniyasında bildirdiyi fikirlərin Binəli Yıldırım tərəfindən AKP-nin fikri kimi çatdırılmasına etiraz edib.

Müzakirələr zamanı tərəflərin bir- birlərinin fikirlərini qəbul etməməsi diqqət çəkib. İmamoğlu seçkilərdə səslərin düz hesablanmamasını hakimiyyətin səhvi və seçkilərin düzgün təşkil edilməməsi ilə əlaqədar olduğunu söyləyib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
363 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...