DYP-nin rəis müavini işdən çıxarıldı

DYP-nin rəis müavini işdən çıxarıldı

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub.

GUNDEMİNFO.AZ Avtosfer.az-a istinadən xəbər verir ki,, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, Mübariz Şahbazov uzun illərdir Baş DYPİ-nin rəis müavini vəzifəsində çalışırdı. O, 2017-ci ilin oktyabrında yaş həddi ilə əlaqədar təqaüdə göndərilən polkovnik Hacımurad Abdullayevin rəhbərlik etdiyi Qeydiyyat-İmtihat İdarəsinin rəisi vəzifəsini də daşıyırdı. Bu idarə həmin tarixədək şöbə statusu daşıyırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...