MSK-dan Cəbrayılovla bağlı açıqlama

MSK-dan Cəbrayılovla bağlı

Xəbər verdiyimiz kimi, millət vəkili Rafael Cəbrayılov mandatından imtina etməsi ilə bağlı parlamentə müraciət edib. Protokol qaydasına əsasən, qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib.

MSK-nın sözçüsü Şahin Əsədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hələ ki, sözügedən məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb:

“Müraciət daxil olandan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, baxılıb müvafiq qərar veriləcək".

Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra geniş müzakirələrə səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...