Cəlilabadda süqut edən təhsil sistemi

Cəlilabadda süqut edən təhsil sistemi

Bildiyiniz kimi, rayon təhsil şöbələri təhsilin yerli idarəetmə orqanlarıdır. Rayon təhsil şöbələrinin müdirləri yerli İcra hakimiyyəti başçılarının razılığı ilə təyin olunur. Hazırda Təhsil Nazirliyinin apardığı islahat nəticəsində Naxçıvan Muxtar Respublikasını çıxmaq şərti ilə, 15 Ərazi Hesablama Mərkəz yaradılıb. Ərazi Hesablama Mərkəzləri yaradılarkən əsasən, həmin bölgələrdə təhsil üzrə maliyyə təsərrüfat işini həyata keçirmək və ona nəzarət etmək üçün yaradılsa da, hazırda konkret olaraq təhsili idarəetmə ilə məşğuldur. Belə olduğu halda regionlarda təhsilin idarəedilməsində Təhsil Nazirliyinin qurumları arasında ikitirəlilik yaranıb. Digər bir tərəfdən isə rayon təhsil şöbələrinin birbaşa İcra hakimiyyəti başçılarının nəzarəti altında olması da neqativ hallara yol açır, bu da öz növbəsində təhsildə rüşvətə yol açan səbəblərdən daha biridir.

Cəlilabad təhsilində Zaur Əzizov kabusu

Orta statistik rayonun timsalında əyalətdə təhsilin hansı səviyyədə olmasına baxaq. Elə başlayaq Cəlilabaddan. Hansı ki, statistikaya görə təhsilin səviyyəsinə görə 70-ci yeri tutur. Məhz bu rayonun bəxti təhsil sahəsində heç gətirmir. Bir-birini əvəzləyən təhsil şöbəsinin müdirləri haqda mediada kifayət qədər qalmaqallı yazılar dərc edilib. Korrupsiyanın ən nadir, ən inanılmaz növlərinə məhz Cəlilabad təhsilində rast gəlinib. Nəhayət bu il fevralda yerli TŞ-yə Qərənfil Əhmədova müdir təyin olundu. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə Qərənfil Əhmədova RTŞ yə müdir gətirilməsində Zaur Əzizovun böyük rolu olub. Zaur Əzizov son illər rayonda dəbdəbəli həyat tərzi ilə önə çıxan şəxslərdən biridir. Hər kəslə əlaqə yarada bilən və yuxarılara əmisinin vasitəsi ilə təsir edə bilənlərdəndir. Hər kəsə məlumdur ki, Qərənfil Əhmədovanın həyat yoldaşı ağır cinayət törətdiyi üçün illərdir həbs olunub. Amma buna baxmayaraq Əhmədova vəzifəyə layiq görülüb. Yaxın dostu Zaur Əzizovun köməkliyi ilə bir daha irəli çəkilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...