Zakir Fərəcovun abadlaşdırma korrupsiyası

Zakir Fərəcovun abadlaşdırma korrupsiyası

Zakir Fərəcov sudan quru çıxaraq hələ aradan çıxmaq da istəyir...

Adı müxtəlif qalmaqallarda, torpaqların satışında, sifarişli həbslərdə, sui-qəstdə hallanan və bu işlərdə məşhur olan, Sumqayıtın İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı indi də Sumqayıtda gedən abadlaşma işlərindəki küllü miqdarda yeyintidə, zəhmətkeş işçiləri, iş adamlarını aldadaraq onların pullarını mənimsəməkdə hallanmaqdadır. Və onun bu dələduzluğu bütün ölkə boyu dildən-dilə dolaşmaqdadır.

Sumqayıtda gedən abadlaşma işlərində bütün işçilərin, material sahiblərinin, işçi briqada rəhbərlərinin pullarını kəsən, hər birini aldadan, illərdir süründürən başçı Zakir Fərəcov deyəsən artıq son dalana dirənib və təngnəfəs olub.

Deyilənlərə görə Zakir Fərəcov sudan quru çıxaraq hələ aradan çıxmaq da istəyir.

Artıq digər rayonlardan da öz halal pullarını tələb edən şikayətçilər Sumqayıta, Zakir Fərəcovun üzərinə yeriməyə başlayıblar. Yüzlərlə, minlərlə insanın puluyla özünə obyektlər açan, villalar tikdirən, hətta ailə “paselka”sı saldıran Z. Fərəcov dövlətin milyonlarla manatını yeyib, hələ prezident administrasiyasını da şərləmək istəyir. Z.Fərəcov “yuxarılar mənə pul vermir, bu qədər abadlıq işlərini mənə pulsuz etdirirlər, bu boyda yükü mənim çiynimə qoyublar. Bəs mən nə etməliyəm?” deyir.

Bu necə başçıdır, bu necə abadlıq aparmaqdır?

Dövlətin milyonları arada itib batır, vətəndaşlar aldadılır, pulsuz işlədilib.

Tikinti üzrə məşhur bir iş adamı da Zakir Fərəcovun dələduzluğuyla üz-üzə qalıb. Hətta bu pulları verməmək üçün o, həmin iş adamını şərləyərək həbs də etdirmişdi. İş adamına bir neçə milyon manat “atan” başçı onun işçilərini, yüz nəfərdən çox insanı yaxın günlərdə prezidentə müraciət etmək üçün administrasiyaya üz tutmağa vadar edib.

Zakir Fərəcov niyə öz tamahına görə dövlətin, rəhbərliyin adına xələl gətirir?

Aldadılan işçilər yaxın günlərdə 300 nəfərə qədər şikayətçiylə prezidentin qəbuluna gedəcək və etiraz edəcəklərini bildirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...