Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI

Bu başçılar maraqlı rekorda imza atıblar -
Yaşlı məmurların işdən kənarlaşdırılması prosesi son günlər səngimiş kimi görünsə də, sözügedən dalğanın yenidən start düyməsi basılacaq. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib və qaynaq iddia edir ki, yaxın günlərdə yaşlı icra başçıları və eyni zamanda postunda uzun müddət qalan RİH rəhbərləri ilə bağlı dəyişiklik qərarları veriləcək. Bəs kimlər gedə bilər yeni dalğada?

DİA.AZ olaraq bu yöndə araşdırma apardıq və aydın olur ki, Azərbaycanda hətta 27 il icra başçısı postnda oturanlar da var. Bu Xocavənd Rayon Icra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur. Onu bu vəziəyə 1992-ci il iyulun 2-də, o vaxtkı prezident Əbülfəz Elçibəyin təyin edib.

Hazırda Xocalı Rayon Icra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci il dekabrın 21-dən bu vəzifədədir.

Malik Isaqov 8 sentyabr 2001-ci ildən, Heydər Əliyevin prezidentliyi vaxtından Qubadlı Rayon Icra Hakimiyyətinin başçısıdır.

Rayonlar üzrə siyahını da təqdim edirik:

Ağcabədi – Şahin Məmmədov, 2005-ci ildən

Göygöl – Arif Seyidov, 2006-cı ildən

Hacıqabul – Əhməd Muxtarov, 2006-cı ildən

Qusar – Şair Alxasov, 2007-ci ildən

Lerik – Rövşən Bağırov, 2007-ci ildən

Hər halda bu siyahı kifayət qədər maraqlıdır və görünəni də odur ki, yaxın vaxtlarda dəyişikliklər olacaqsa, ilk başdan qeyd etdiyimiz siyahı da nəzərə alınacaq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
87 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...