Şəkidə səhiyyə adına rəzalət - burda kasıblar ölümə məhkum edilib

Şəkidə səhiyyə adına rəzalət -

Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib.

Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər. Şəki rayonundan cumhuriyyet.az-a göndərilən videoda da eyni hal müşahidə olunur. Görüntülər Şəki Mərkəzi Xəstəxanasının köhnə binasında yerləşdirilən labaratoriyada çəkilib.

Burda analizlərin tariflərinin hansı meyarlara əsasən müəyyənləşdirildiyini də demək çətindir. Çünki dövlət xəstəxanalarında analizlərin də pulsuz olduğu əsas gətirilir və heç bir xəstəxanada qiymət lövhələri asılmır.

Göndərişlə gələn xəstələr isə analizləri aparan həkimin söylədiyi məbləği ödəmək məcburiyyətindədirlər. Kaddrlarda Cəmilə adlı tibb işçisi xəstədən müayinənin haqqını sözün həqiqi mənasında çığırda-çığirda alr. Üstəlik xəstəyə firma dərmanlarının keyfiyyəti ilə bağlı tövsiyyə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...