“EuroHome”un sahibi kimdir?

“EuroHome”un sahibi kimdir?

Bakı şəhərinin Binəqədi rayonunda yanan “EuroHome” tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur.

Gundeminfo.az “Virtualaz.org”a istinadən xəbər verir ki, iş adamı həmçinin, AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir.

Azay Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən məşhur “AF Mall” və “AF Hotel & Aqua Park” var.

Möhnətov uzun illərdir Bakıda tikinti biznesi ilə məşğul olur. Onun “Uğur-97” şirkəti Bakının mərkəzində çoxsaylı “lüks” sinif yaşayış binaları inşa edib. Belə ki, R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 bina, Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli bina bu şirkət tərəfindən tikilib.

“EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. Bazarın yerləşdiyi ərazi əvvəllər «Azərxariciyol» MMC-yə məxsus olub. Bazar inşa edilərkən orada çoxsaylı şam ağaclarının kəsildiyi məlum idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...