Bərdədə məmur özbaşınalığı davam edir

 Bərdədə məmur özbaşınalığı davam edir

Bərdə şəhəri Həzi Aslanov küçəsi ev 26-da yaşayan Ələsgərov Firdovsi Əliağa oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

"Mənim şikayətim Bərdə rayonunun "Qaz idarəsi"nin müdiri Ceyhun və Bərdə şəhəri Həzi Aslanov küçəsi üzrə həmin idarənin sahə rəisi İlham müəllimdəndir.Bu vəzifəli şəxslərdən ikinci müraciətimdir ki, edirəm. Belə ki, «Azəriqaz» İstehsalat Birliyinin Bərdə rayonu İdarəsinin qaynaqçısı mənə məxsus qaz sayğacının yerini dəyişən zaman qaynaq işini natamam görmüş və bunun nəticəsindədə sayğacdan evimə aid çıxışında dəlik qalmışdır. Bunun nəticəsindədə külli miqdarda qaz sərfiyyatı olmuşdur. Mən Bərdə rayon Qaz İdarəsinin müdiri Ceyhun müəllimlə dedikdə o mənə dedi ki, «bu bizim problemimiz deyil get kimə istəyirsən de.Onsuzda bu pulu sən ödəyəcəksən»

Mənim mətbuat vasitəsi ilə müraciətimdən sonra sahə rəisi İlham müəllim mənə dedi ki, qaz idarəsinin işçilərinin işə məsuliyyətsiz yanaşmalarına görə yaranan borcu onlar ödəyəcəklər. Lakin bir müddətdən sonra Ceyhun müəllimə kabinetində dedikdə o mənə cavab verdi ki, « mən heç kimdən qorxmuram get nə bilirsən et»

Bərdə rayonunun Qaz idarəsi Başda Ceyhun müəllim olmaqla biz vətəndaşlara belə problemlər yaradırlar. Qaz xəttini yeniləyəndə qaz axidir, onuda vətəndaşlarin borcuna yazırlar. Bizimdə başımıza bu oyunu açıblar. Qanunsuz olaraq borca yazılmış pulu ödəmədiyimizə görə bu gün gəlib bizim qazimizi kəsiblər. Nəzərinizə çatdırım ki evdə iki oğlum yoldaşım və mən yaşayıram . Böyük oğlum hərbi xidmətdən yeni gəlib. Qazımız kəsilib plomplanmağina baxmiyaraq sayğac yenədə qaz sərfiyyatı olmadan işləyərək yazır.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm Bərdə rayon Qaz İdarəsinin müdiri Ceyhun və sahə rəisi İlham haqqında ciddi tədbir görülməsinə tapşırıq verəsiniz".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
86 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...