Kadırov qohumlarına vəzifə paylayır

Kadırov qohumlarına vəzifə paylayır

“Çeçenistanda yüksək vəzifələrə təyinatda namizədlərin Əhməd Kadırovla qohumluq dərəcələrinə diqqət yetirilir”.

Cebhe.info xəbər verir ki, bu barədə respublikanın rəhbəri Ramzan Kadırov deyib. O, öz qohumları Həmzət Kadırov və İbrahim Zəkiyevin yüksək vəzifəyə təyinatına belə münasibət bildirib.

"Bəli, burada doğrudan da onların Əhməd Kadırovun nəvələri olması nəzərə alınıb", - deyə Kadırov vurğulayıb.

Digər xüsusiyyətlər isə hər iki şəxsin işdə özünü yaxşı göstərməsi olub: "Mənim kişi xətti ilə yüzlərlə qohumum var. Ancaq onların 97 faizi əlində silahla sıravi əməkdaşlardır. Deyirlər ki, qohumlarımı vəzifəyə təyin edirəm. Ancaq bu zala da baxsanız, burada mənim nə qədər az qohumumun olduğunu görərsiniz".

Xatırladaq ki, bugünlərdə Həmzət Kadırov idman naziri təyin olunub. İbrahim Zəkiyev də administrasiya rəhəbri vəzifəsinə təyinat alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
257 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...