Metroda aparat işləmədi, sərnişinlər pulsuz keçdi

Metroda aparat işləmədi, sərnişinlər pulsuz keçdi

Bakıkart aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.

Metropolitenin sözçüsü Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub: “Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...