İsgəndər Həmidovun son durumu... - Açıqlama

İsgəndər Həmidovun son durumu... -
Hazırda komada olan keçmiş nazir İsgəndər Həmidovun mədəsinə qidalanması üçün zond qoyulacaq.

Bu sözləri Axar.az-a tibb üzrə professor İ.Həmidovun yerləşdirildiyi xəstəxananın həkimi Adil Qeybulla ötən aydan komada olan sabiq daxili işlər nazirinin son durumu ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, ancaq durumun yaxşı olduğunu demək üçün hələ tezdir:

“Vəziyyət hələ ki kritik olaraq qiymətləndirilir. Durumu stabildir. Geriləmə və ağırlaşma yoxdur. Ağrıya reaksiya verir. Ancaq konkret olaraq nə isə demək üçün bütün bu əlamətlər azdır. Bu göstəricilər durumunun stabilliyini göstərir. Mədəsinə qidalanması üçün zond qoyulacaq. Komadan ayıldıqdan sonra deyə bilərik ki, beyin hansı itkilərlə üzləşəcək”.

Xatırladaq ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidov 25 gündür komadadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...