DTX-nin həbs etdiyi baş həkimin yerinə - Təyinat

DTX-nin həbs etdiyi baş həkimin yerinə -

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Neftçala Mərkəzi Rayon Xəstəxanasına yeni baş həkim təyin edib.
Gundeminfo.az Unikal.org-a istinadən xəbər verir ki, TƏBİB rəhbərliyinin müvafiq əmri ilə pediatr Ramiz Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi təyin olunub.

Xəbəri Neftçala Mərkəzi Rayon Xəstəxanasından təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidovu da saxlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...