Azərbaycanda it itə yedizdirilib - Dəhşətli fotolar

Azərbaycanda it itə yedizdirilib -

Sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb.

Yenisabah.az-ın məlumatına görə, yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər.

Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin görüntülərdəki hadisələr araşdırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...