"Aztelekom" bazarda hegemonluq edir?

"Aztelekom" bazarda hegemonluq edir?
Son günlər sosial şəbəkələrdə “Aztelekom” MMC-nin digər internet provayderlərinin fəaliyyətinə mane olduğuna dair məlumatlar paylaşılır.

Oxu.Az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri xüsusilə “Avirtel” MMC-nin xidmətlərindən yararlana bilmədiklərini qeyd edirlər.

Paylaşımda iddia olunur ki, “Aztelekom” MMC rayonlara 1mb/s interneti 10 manata təklif edir:

“Biz “Aztelekom”un təklif etdiyi internetin keyfiyyətindən o qədər də razı deyilik. Lakin “Avirtel” MMC 8mb/s interneti 15 AZN-ə təklif edir. “Aztelekom” MMC öz səlahiyyətlərindən sui-istifadə edərək, haqsız rəqabət mühiti yaradır və müştərilərin onlardan başqa provayderə müraciət etməsinə imkan yaratmır. “Avirtel” MMC-yə müraciət edən şəxslərə isə birmənalı olaraq eyni cavab gəlir ki, “Aztelekom” MMC icazə vermir”.

Məsələ ilə bağlı “Aztelekom” MMC-yə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, qurumun şəbəkəsindən istifadə etməklə, (o cümlədən, abunəçi telefon xətlərindən) ümumilikdə ölkə ərazisində 20-yə yaxın internet provayderi fiziki və hüquqi şəxslərə internet xidmətləri göstərir:

“Belə ki, “Aztelekom”a məxsus şəbəkədən istifadə etmək, internet provayderlərin müraciəti əsasında, mümkün texniki şərtlər nəzərə alınmaqla, tərəflər arasında​ bağlanmış müqavilə şərtlərinə uyğun olaraq tənzimlənir.

“Avirtel” MMC digər internet provayderləri kimi regionlarda “Aztelekom” MMC-nin tabeli struktur bölmələrinin inzibati və texniki binalarında öz avadanlıqlarını yerləşdirməklə, cəmiyyətin balansında olan telefon xətt şəbəkəsindən istifadə etməklə, internet xidmətləri verməkdədir. Qeyd olunan xidmətlərin verilməsi məqsədilə “Aztelekom” MMC ilə provayderlər və operatorlar arasında bir il müddətinə qüvvədə olan müqavilələr imzalanıb.

2016-cı ildə “Aztelekom” MMC-də xidmət şərtlərində müəyyən dəyişikliklər edilib. Bu səbəbdən cəmiyyətin infrastrukturundan istifadə edərək, ADSL internet xidməti vermək istəyən provayder və operatorlarla mövcud olan müqavilələrin müddəti bitdikcə, yeni şərtlərdə müqavilələr bağlanıb.

Yalnız “Avirtel” MMC “Aztelekom” MMC ilə yeni şərtlərdə müqavilələrin bağlanmasından imtina edib, o cümlədən, hesablanmış ödənişləri icra etməkdən yayınması nəticəsində “Aztelekom” MMC-yə yüksək məbləğdə borcu yaranıb. Bildiyiniz kimi, qanunvericiliyin tələbinə əsasən, xidmətlərin verilməsi üçün tərəflər arasında müqavilə imzalanması mütləqdir”.
"Aztelekom" bazarda hegemonluq edir?
"Aztelekom" bazarda hegemonluq edir?

Cavabda əlavə olaraq qeyd olunub ki, 2019-cu ildə “Avirtel” MMC tərəfindən “Aztelekom” MMC-yə qarşı haqsız rəqabət və antiinhisar qanunvericiliyinin tələblərinin pozulması tələblərinə dair Bakı Kommersiya Məhkəməsində və Sumqayıt Kommersiya Məhkəməsində iş qaldırılıb:

“İrəli sürülən iki ayrı iddia üzrə iqtisadi mübahisələrə baxılıb və hər iki iş üzrə iddia əsassız olması səbəbindən təmin edilməyib. Buna baxmayaraq, “Avirtel” MMC əsassız ittihamlarla ictimaiyyəti çaşdırmağa və istehlakçıları qarşısında diqqəti özünün təqsirli hərəkətlərindən yayındırmağa çalışır.

“Aztelekom” MMC abunəçilərin rabitə və telekommunikasiya xidmətləri ilə təmin olunması üçün davamlı olaraq layihələr həyat keçirir, eyni zamanda, əməkdaşlıq etmək istəyən operator və provayderlərə öz şəbəkəsindən istifadə etməyə imkanlar yaradır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...