Nazarbayev bu gün 80 yaşını qeyd edir

Nazarbayev bu gün 80 yaşını qeyd edir

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev bu gün 6 iyulda 80 yaşını qeyd edir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu gün ölkədə həm də milli bayram – paytaxt günü keçirilir. Astananın (indiki Nursultan) 22 yaşı olur.

Nursultan Nazarbayev 6 iyul 1940-cı ildə Almatı vilayətinin Kaskelen rayonunun Çemolgan kəndində anadan olub.

Ad seçimi maraqlı olub. Toplanan qohumları müxtəlif adlar təklif ediblər. Sonda yeni doğulmuş uşağın nənəsi Mırzabala deyib: “Qoy sevimli nəvəm bir anda iki ad daşısın – Nur və Sultan, qoy Nursultan olsun”.

Dünyadakı əksər nənələr kimi, Mırzabala da nəvəsinin şəxsiyyətinin formalaşmasında xüsusi rol oynayıb. Nursultanın anası Aljan Mırzabalanın uşaq və gəlinlərinə nəsihət verdiyini, köhnə xalq adətləri və əlamətləri haqqında danışdığını və Nursultan nəvəsinin tərbiyəsində yaxından iştirak etdiyini xatırladıb.

Abiş Nazarbayev (Nursultan Nazarbayevin atası) şən, hörmətli bir insan olub. Yalnız qazax dilində deyil, eyni zamanda rus, balkar dillərində də səlis danışıb. Abiş qazax və rus mahnılarını ürəkdən oxuyub, həmsöhbətinə qulaq asmağı, əməli məsləhətlər verməyi bacarıb.

Nursultan Nazarbayev 24 aprel 1990-cı ildən 20 mart 2019-cu ilədək Qazaxıstan Respublikasının Prezidenti olub. Prezident vəzifəsindən istefa etdikdən sonra Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri və hakim Nur Otan partiyasının sədri vəzifələrini tutub, eyni zamanda Qazaxıstan Konstitusiya Şurasının üzvü olaraq qalıb.

Valideynləri – Abiş və Aljan əkinçilik sahəsində çalışırıblar. Atası 1903-cü ildə Nazarbay ailəsində Alatau dağının ətəyində anadan olub və 1971-ci ildə vəfat edib. Anası Aljan 1910-cu ildə, Jambıl vilayətinin Kasık kəndində bir molla ailəsində dünyaya gəlib və 1977-ci ildə ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...