Vidadi İsayev Şəhidlər Xiyabanını dağıdıb - VİDEO

Vidadi İsayev Şəhidlər Xiyabanını dağıdıb -
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin Şəhidlər Xiyabanını məhv etməsi və ərazini sənədləşdirərək, qaynının adına keçirdiyi ortaya çıxıb.

Rayon sakinlərinin Axar.az-a verdiyi məlumata görə, şəhərin mərkəzində - Heydər Əliyev prospektində yerləşən Şəhidlər kompleksinin ərazisi vaxtilə rəsmi tədbirlərin, konsertlərin keçirildiyi məkan olub. Hətta sözügedən məkanda izdihamlı tədbirlərin və Şəhidlər kompleksinin fotolarını redaksiyaya təqdim edən sakinlərin sözlərinə görə, 2011-ci ildə Vidadi İsayevin rayona rəhbərliyə başlamasından sonra əraziyə münasibət də dəyişib, qəsdən baxımsız qalan məkan az sonra hasarlanaraq, mənimsənilib.

Redaksiyaya təqdim edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1047163 (Seriya XR) çıxarışında da göstərilir ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 hektar ərazi 24 may 2017-ci ildə Çingiz Kəmaləddin oğlu Bünyatova 49 il müddətinə (2066-cı ilə qədər) “icarəyə” verilib. Sakinlərin bildirdiyinə görə, Çingiz Bünyatov icra başçısı Vidadi İsayevin qayınıdır və dolayısı ilə icra başçısı sözügedən ərazini özü ələ keçirib.

Qeyd edək ki, bu, icra başçısı haqda ilk şikayət deyil. Bir neçə ay öncə V.İsayevin sərvətlərinin siyahısı mediada açıqlanmışdı. Onun sərvətləri sırasında Bərdədəki Heydər Əliyev parkında xidmət obyektlərinin də olduğu bildirilmişdi.

V.İsayevin Bərdə rayonunun aztəminatlı ailələri üçün ayrılan yardımları, o cümlədən dövlətin bu ailələrə dəstək niyyətilə yaratdığı ictimai iş yerlərinə görə verilən maaş kartlarını mənimsədiyi də iddia edilmişdi.

Vidadi İsayev Şəhidlər Xiyabanını dağıdıb -
Vidadi İsayev Şəhidlər Xiyabanını dağıdıb -
Vidadi İsayev Şəhidlər Xiyabanını dağıdıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...