Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb - SƏRƏNCAM

Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb -
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Gundeminfo.az-nın xəbərinə görə, Sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...