Samuxun başçısının getmə zamanı çatıb...

Samuxun başçısının getmə zamanı çatıb...

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə adının hallandığı bəzi qalmaqallara yerli KİV zamanında kifayət qədər diqqət yönəldib. Elə həmin materiallarda da qeyd olunurdu ki, Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür.

Bunları DİA.AZ-a xatırladan məlumatlı mənbə bildirir ki, hazırda himayədarlarını itirilməsi səbəbindən (Oqtay Əsədov nəsərdə tutulur -red.) Alı Qocayevlə bağlı yaxın vaxtlarda qərar veriləcək.

Mənbənin dia.az-a söylədikləri: "Bu qərar sentyabrın ilk günlərinə qədərki dövrə təsadüf edə bilər. Gənc bir kadrın Samuxa gətirilməsi gözlənilir".

Qeyd edək ki, Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968-1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992-1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir.

1997-2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000-2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı, yeddi nəvəsi var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...