Səfər Mehdiyev yaxın günlərdə yol salınır

Səfər Mehdiyev yaxın günlərdə yol salınır

"Dövlət Gömrük Komitəsində heç bir islahat, yeni dövrə uyğunlaşma həyata keçirilməyib. "Yaşıl dəhliz" yenə də manapolistlərin nəzarətindədir, yeni yaradılan "Mavi dəhliz" də eyni şərtlərlə işləyəcək. Elektron bəyənnamələr sistemi işləmir. Ölkədə gömrük idxal prosseslərində iştirak edən bütün şirkətlər hansısa gizli əllə idarə olunur. "Şapka" yenə də qalır, bürokratik əngəllər yerində, heç nə dəyişməyib. Milyonlarla manat büdcə vəsaiti ayrılaraq gömrük sistemində aparılmalı olan yeni innovativ ishlahatlar yarımçıq saxlanılıb. Dövlət başçısının post-pandemiya dövrünə hazırlıqla bağlı olaraq tapşırıqlarına faktiki olaraq Dövlət Gömrük Komitəsi cavab verə bilmir. Nəticə etibarilə də, Azərbbaycan iqtisadiyyatındakı rəsmən etiraf edilən 3 faizlik kiçilməyə DGK öz "töhfəsini" verəcək. İnhisarçılıq, elektron ticarətdən başlayaraq, gündəlik təlabat mallarının idxalına qədər heç bir halda imkan vermir ki, yeni innovativ islahatlar aparılsın" - Gundeminfo.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Razi Abasbəyli bildirib.

Ekspert hesab edir ki, DGK rəsmilərinin bəyan etdikləri yeni innovativ islahatlar, seminarlar, konfranslar, praktik olaraq idxal və ixrac əməliyyatlarında tətbiq edilmir. Sadəcə olaraq bəzi konfrans və seminarlar keçirilib və kimlərsə yeni sertifikatlar və gömrük dərəcələri almaq üçün təltiflərə namizəd kimi göstəriliblər. Nəticə etibarilə də faktiki pandemiya dövründə monopolistlər həm gömrük brokerliyisdahəsində, həm də idxal prosseslərində Səfər Mehdiyevdən daha nifuzlu statusda görünüblər. İndi heç kimə, Səfər Mehdiyevin DGK komitəsinin sədri olub olmaması maraqlı deyil. Çünki prosseslər metodiki "biliklərə" yiyələnmiş, ayrı-ayrı sahələr üzrə "ixtisaslaşmış" şəxslər tərəfindən idarə olunur. Nəticə etibarilə də post-pandemiya dövrünə hazırlaşmayan Səfər Mehdiyevin rəhbər olaraq işdən uzaqlaşdırılacağı günü duyub, daha çox "qazanmaq" prinsipi ilə işləyirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...