Səfər Mehdiyevin analoqsuz "elektron bəyənnamə" "islahatı"

Səfər Mehdiyevin analoqsuz "elektron bəyənnamə" "islahatı"
Dövlət Gömrük Komitəsi yüzmin, bəlkə də milyonlarla manat xərcləyərək elektron ticarət dövriyyəsi iştirakçılarına mobil tətbiq təqdim edib. Mobil tətbiq elektron bəyənnamələrin doldurularaq təqdim edilməsi üçündür. Lakin tətbiq o qədər bəsit və yararsız hazırlanıb ki, iştirakçılar demək olar ki, bu tətbiqdən istifadə edə bilmirlər. Gundeminfo.az xəbər verir ki, bununla bağlı olaraq sosial şəbəkələrdə kütləvi narazılıqlar ifadə edilib. Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev də bu gün sosial şəbəkədə paylaşdığı statusunda DGK-nın məlum mobil tətbiqi barədə tənqid fikirlərini ifadə edib. Gundeminfo.az detallarına qədər ictimayyətin hansı məqamlardan narazı qaldığı bu tətbiq haqda açıqlamanı təqdim edir:

Gömrük Komitəsinin vətəndaşlara "xaricdən 3 corab gətirəndə də ASAN loginlə həm daşıyıcı şirkətə, həm bizə bəyannamə ver" dediyi tətbiqi yoxladım.
Tətbiq ingiliscə açılır, hələ 5-10 nəfər yoxlayıb, artıq gec yüklənir.
Azərbaycan dilinə çevirirsən, telefon nömrəsi yerinə hərflər yazırsan, qəbul edir.
İzləmə ID yerinə hərflərlə cümlə yazırsan, qəbul edir.
Malların təsnifatı ancaq İNGİLİS dilindədir. Məsələn, hansısa rayonda yaşayan, Türkiyədən məmədan alan biri nə bilsin Bra nə deməkdir?
Növbəti mərhələlər də ingilis dilində çıxır.
Məsələn, mən Medellin, Kolumbiyadan Escobar LTD-nin göndərdiyi 3 ton kokoa tozunu bəyan etmək istəyirəm, ingiliscə yazırlar. (Ekran görüntüləri şərhdə).
Axırda gətirib bəyannaməni təqdim etmək istəyirsən, yazırlar "xəta baş verdi". Vətəndaşın bəyannamədə düzəliş etmək imkanı da yoxdur.
Hörmətli Dövlət Gömrük Komitəsi, biz belə vəziyyətdə olan tətbiqi nəinki mətbuata, heç dost-tanışa göstərmirik ki, ayıbdır.
Siz vətəndaşın ayda 300 dollarlıq xaricdən alış-verişini də çox görüb, öz ticarət mərkəzlərinizdən daha baha almaları üçün qarşılarına əngəllər yaratmısınız, onu da bu səviyyədə, test etməmiş, başdan-ayağa xətalarla. Ayıbdır, normal işlərlə məşğul olun, imkan verin vətəndaş asan yolla ucuz mallar alsın, daşıyıcı şirkətlər də birbaşa sizə bəyan eləsin.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...