Şirvanda baş həkim qanunları heçə saydı

Şirvanda baş həkim qanunları heçə saydı
Şirvan Diaqnostika Mərkəzində həkimlərin özbaşınalığı, vətəndaşları soymaları pik həddə çatıb. Bütün bu işlərin arxasında isə mərkəz direktoru, Nəsib Səhratov dayanır. Yaxşı cərrah kimi tanınan Nəsib həkim vəzifəsindən sui-istifadə edərək mərkəzə üz tutan vətəndaşları istədəyi kimi soyur.
Saytımıza daxil olan məlumatda qeyd edilir ki, Diaqnostika mərkəzində edilən cərahiyyə əməliyyatlarına baş həkim tərəfindən qiymət qoyulub. Vətəndaşların sosial vəziyyətlərinin hansı vəziyyətdə olmasını zərrə qədərdə düşünməyən Nəsib Səhratovun həkimləri istədikləri hesabı almayınca vətəndaşları get-gələ salırlar. Dəfələrlə Səhiyyə Nazirliyinə edilən müraciətlərə baxmayaraq Şirvan Diaqnostika Mərkəzinin soyğunçu həkimləri barədə hər hansı bir ciddi tədbir görülməyib.

Koronavirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda əgər prezident İlham Əliyev qapalı məkanlarda tibbi maskadan istifadə edirsə deməli bu bəzi, saymaz məmurlara bir mesajdır.
Gözə görünməz xəstəlikdən qurtulmaq üçün nəyin ki, məmurlar hər bir vətəndaş qoyulan qadağalara əməl etməlidir.

Prezident İlham Əliyev bir neçə ay əvvəl modul tipli xəstəxanaların açılışında koronavirus pandemiyası dövründə tibbi maskadan istifadənin zərurətindən danışaraq qapalı məkanlarda bu qaydaya riayət edilməsinin mütləq olduğunu bildirdi. Eyni zamanda tibbi maskadan istifadə etməklə bu məsələdə istisna olmadığını nümayiş etdirdi. Bundan sonra vətəndaşlar arasında tibbi maskadan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artdı. Hər kəs başa düşdü ki, qayda yalnız onlar üçün deyil. Lakin buna baxmayaraq, bəzi məmurlar bu qaydaya riayət etmir.

Ölkə prezidentinin qoyduğu qanunlara əməl etməyən, saymaz, özü həkim ola-ola qaydaları pozan məmurlardan da biri Şirvan Şəhər Diaqnostika Mərkəzinin Baş Həkimi Nəsib Səhratovdur.

Belə ki, bir neçə gün öncə Millət Vəkili İntizam Yusifov Şirvan Xəstəxanasının və Diaqnostika Mərkəzinin şəraiti ilə yaxından tanış olmaq üçün hər iki xəstəxanada olub.

Millət Vəkili və yanındakilar tibbi maskalardan istifadə etsələrdə nədənsə özü həkim olub, qoyulan qanunları pozan Şirvan Şəhər Diaqnostika Mərkəzinin Baş həkimi Nəsib Səhratov həmişə ki, kimi özünə arxeyinliklə tibbi maskadan imtina edib.
Şirvan şəhərindən olan sosial şəbəkə istifadəçilərinin paylaşımlarında açıq, aşkar görünür ki, Diaqnostikanın baş həkimi Nəsib Səhratov Deputatdan öndə gedir (sanki, çağrılmayan qonağı var kimi) həm də tibbi maskadan imtina edib.

Əgər qoyulan qanunları baş həkim pozursa bəs sadə, təhsili olmayan vətəndaşa nə deyək?

Tutaq ki, Baş Həkim qanunları pozursa, bəs niyə Millət Vəkili İntizam Yusifov Nəsib həkimə tibbi maska taxmağı təklif etmir?

Çox qəribə görünür hə?

Şirvan şəhərindən verilən məlumata görə Nəsib Səhratov nəinki, Millət Vəkili heç Şirvan Şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasovu belə saymır.

Bəs özünə arxeyinlik nədəndir?

İnanırıq ki, saytın bu yazısından sonra Şirvan Şəhər aidiyyatı qurumları, Baş həkimin tibbi maskadan nə üçün istifadə etməməsinə aydınlıq gətirib, dövlətin vəzifəli şəxslərə karantin qaydalarının pozmasına görə cəriməsi nə qədərdirsə o qayda ilə cərimələyəcəklər.

Qanun hamı üçün qanundur!

Həkim və yaxud hər kim qanunlara əməl etməlidir.

Qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq. //aktualxeber.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...