Qarayev xaricə getmək istəyib, geri qaytarıblar?- AÇIQLAMA

Qarayev xaricə getmək istəyib,
Keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xaricə getmək istəyərkən geri qaytarılıb.

Gundeminfo.az manşet.az-a istinadən xəbər verir ki, Əbülfəs Qarayev səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən hava limanının əməkdaşları tərəfindən saxlanıb və geri qaytarılıb. Keçmiş nazir xaricə səfərinin təxirə düşməməsi üçün hava limanında bir çox yerlərə zənglər etsə də, nəticəsi olmayıb.

Əbülfəs Qarayevin hansı səbəbdən geri qaytarılması məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin Mədəniyyət və Turizm naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılıb.

Modern.az informasiyanın doğru olub-olmadığını dəqiqləşdirmək üçün sabiq nazirin özü ilə əlaqə saxlayıb. O, haqqında yayılan xəbəri yalanlayıb.

“Mənim bu hadisədən xəbərim yoxdur. Sonuncu dəfə hava limanında keçən ilin fevral ayında olmuşam. Həmin vaxt səfərimi yerinə yetirib Azərbaycana qayıtmışam. Bu il ümumiyyətlə hava limanına daxil olmamışam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...