Aqrar Universitetdə nazirin məktubu keçərli deyil?

Aqrar Universitetdə nazirin məktubu keçərli deyil?
- "2020-ci ilin sentyabr ayında ali təhsil müəssisələrinin rəhbərlərinə müxtəlif vəzifələrə professor-müəllim, kafedra müdiri, dekan və s. seçkilərin keçirilməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanovun imzaladığı 23.09. 2020-ci il tarixli, 03-11-1022 / 1 saylı rəsmi məktub göndərilmişdir. Həmin məktubda deyilir: "Xüsusi karantin rejimi dövründə namizədlərdən sənədlərin qəbulu, gizli səsvermənin aparılması və digər prosedurların təşkili zamanı bir sıra cətinliklər yaranır. Bununla əlaqədar bildiririk ki, ölkəmizdəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq bu tipli seckilərin keçirilməsi xüsusi karantin rejimi başa çatana kimi təxirə salinır"". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən müraciətdə qeyd olunur.

Müraciətdə daha sonra bildirilir: "Lakin Azərbaycan Dövlət Aqrar Universitetində Təhsil Nazirliyinin bu məktubu qulaq ardına vurulur. Belə ki,Azərbaycan Dövlət Aqrar Universitetində nazirliyin təlimatları kobud şəkildə pozularaq Bayramov Musa Əhməd oğlu qeyri-qanuni olaraq əvvəlcə kafedra müdiri seçilmişdir,indi isə rektor onu dekan seçmək istəyir.

Musa Bayramov kimdir? Musa Bayramov rektorun yaxın adamlarından biridir. Bu yaxınlarda təzəcə kafedra müdiri təyin olunub. Onun kafedra müdiri təyin olunması rektorun hər dediyinə əməl etməsi, hətta müxtəlif maddi maxinasiyalara qol çəkməsi ilə bağlıdır. Musa Bayramovun rektorun “sirr daşıyıcısı” olması təbii ki, sonuncunu ona yenidən vəzifə verəcək həddə qorxudandır. Musa Bayramov illər əvvəl rus alimlərinin iki dərsliyini plagiat yolu ilə birləşdirib və mənimsəyib, əvəzində elmi rəzalət yaradaraq “oğurladığı” məhsulu “Kənd Təsərrüfatı ekologiyasından praktikum” adlı dərs vəsaitinə çevirib. İllər əvvəl isə bu əməlinə görə kafedra müdirliyindən qovulub. Və onun

həmin kafedra müdirliyinə ilk seçkisində elmi adı və elmi dərəcəsi də olmayıb, sadəcə baş müəllim olub. Musa Bayramovun kitab saxtakarlığı Ali Attestasiya Komissiyasına (AAK) da məlum olub, lakin 14.04.2016-cı il tarixdə məhz rektor İbrahim Cəfərovun qrif verilməsi barədə 209 saylı əmri ləğv edilməyib. Ümid edirik ki, yeni təhsil naziri və AAK belə məsələlərə ciddi yanaşacaq, müvafiq komissiyanın fəaliyyətinə göz gəzdirməklə ADAU-dakı saxta elmi ad və dərəcələri ləğv edəcək. Bu kimi plagiat cızmaqaraların isə tezliklə universitetin kitabxanasından çıxarılmaqla çapına və yayılmasına rəsmi qadağalar qoyulacaq.

Musa Bayramovun,onun qudası "Torpaqşünaslıq və aqrokimya" kafedrasının dosenti Namiq Hüseynovun və ADAU-nun tələbə qəbulu üzrə məsul katibi, dosent Telman Musayevin adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulunda, saxta diplom satışında, habelə müxtəlif valideynləri aldadıb,onlardan pul alaraq guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməkdə hallanır. Əgər abituriyentlər ali məktəbə öz bacarıqları ilə qəbul olursa, onda onların bu nailiyyətini Musa Bayramov,Namiq Hüseynov və Telman Musayev öz adına çıxır, DİM-də tapşırdığını iddia edir. Əks halda isə valideynlərə, narahat olmayın, bir az gözləyin, həll ediləcək deyir, diplomunu verdirəcəm deyir. Qısa desək DİM-in nüfuzuna ləkə gətirməklə məşğul olur. Bundan başqa qeyd edək ki, Musa Bayramov və Namiq Hüseynov qudadır,yaxın qohumluq əlaqəsinə də malikdir.Bunlar saxta diplomdan əlavə narkotik maddələrin satışı ilə də məşğul olurlar.Belə ki, Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub".

"Daha bir faktı qeyd edək" deyə davam edilən müraciətin dia.az-a göndərilən mətninda bildirilir: "Musa Bayramov İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olunmaq üçün sənəd vermiş abituriyent, Şəmkir sakini Fəda Cəfərovanın valideynindən 50000 (əlli min manat) ruşvət almış və abituriyenti ora qəbul etdirməyi vəd etmişdir. Maraqlıdır ki, ilk imtahandan qiymət yazdırmağa da müvəffəq olmuşdur. Bu faktı hüquq-mühafizə orqanları araşdırsa digər faktlar da ortaya çıxacaq.

ADAU-da saxta elmi adların paylanmasından tutmuş adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara hansı saxta yollarla və necə maaş yazılmasını, onlara yazılan pulları da özlərinin, yoxsa kimin almasını aydın etməyə, aşkar maliyyə pozuntularına görə ölkənin baş prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “qara maskalıları”nın təcili olaraq hərəkətə keçməsinə real əsaslar var. Təsəvvür edin ki, rektor şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da “müəllim” adı altında birləşdirərək onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına da rəvac verib.

“Ekologiya” kafedrasında iki mötəbər məmurun guya davamlı dərs tədris etməsi, mühazirələr söyləməsi adı altında sənədləşdirmələr aparılıb və dərs jurnalları illərlə saxtalaşdırılıb. Məsələn, hazırda “Gəncə Det-Al Alüminium” Kompleksinin direktoru vəzifəsini daşıyan Cəmil Səfərova adıkeçən kafedrada əsassız maaş yazanlar 7 ildir ki, jurnallarda onun əvəzindən imzalar belə çəkiblər. Aşkar saxtakarlığı isə kafedra müdiri, eləcə də bu günlərdə İbrahim Cəfərov tərəfindən dekan təyin ediləcək plagiat dosent Musa Bayramov həyata keçirib. Sənədlər özü deyir ki, Musa Bayramov uzun müddət rektorun tapşırığı ilə Cəmil Səfərovun əvəzinə jurnallara imza atıb. Dövlət məmurunun “müəllimliyi” müqabilində mövcud maaş kartının isə kimdə olması, təxminən 500 manatlıq maaşı aybaay kimin aldığı qaranlıq qalır. Bundan başqa həmin kafedranın “qiyabiçi” müəllimi, hazırda Şəmkir Regional Meşə Təsərrüfatı idarəsinin direktoru İqbal Əliyev üçün də eyni saxta metod müəyyən edilib. Mühazirələri mövcud olmayan bu dövlət məmuruna da illərdir maaş yazılıb və jurnallardakı imzasını Musa Bayramov atıb. “Dərsə gəlməyən müəllimlər” siyahısında rektor İbrahim Cəfərovla kirvəliyi olan, Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov da var. Onun da hansı fənni nə vaxt tədris etdiyinə dair bilgi yoxdur. Amma illərin göyə sovurduğu pulun bu şəxsə niyə verildiyini də rektordan soruşmaq lazımdır. ADAU-da “sosial yardım” alanlar sırasında YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev də yer alıb. Tarix kafedrasından 0,5 ştat vahidi maaş alan millət vəkilinin isə mütamadi olaraq rektora sayqı ifadə etməsi, bütün şəhər tədbirlərinə də birlikdə qatılmaları hər şeyi deyir".

Bütün bu iddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...