Goranboydakı şəhid ailələri nədən narazıdır?
Redaksiyamıza Goranboy rayonunun şəhid ailələri adından Musa Sabir oğlu Əliyev, Elnur Akif oğlu Dadaşzadə, Elşən Sabir oğlu Əliyev tərəfindən yazılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, eyni zamanda digər dövlət orqanlarına ünvanlanmış müraciət daxil olmuşdur. Aktualxeber.az olaraq həmin müraciəti olduğu kimi veririk:
“Hörmətli Dövlət məmurları! Bu müraciəti Sizə etməyimizin əsas səbəbi o, oldu ki, Milli Məclisin deputatı Eldəniz Səlimovun qanuna zidd hərəkətlərinə çox düzgün hüquqi qiymət verildi. Ancaq bu məsələ də araşdırılmalıdır ki, bu tip adamlar hansı yollarla yüksək dövlət vəzifələrinə gətirilir. Bizi narahat edən əsas məsələ isə hal-hazırda Goranboy rayonundan deputat seçilmiş Anar Məmmədovun köməkçisi işləyən Elçin Cahangirovun qanunsuz hərəkətlərinə yerli dövlət orqanlarının biganə qalmasıdır.
Bir az ətraflı məlumat verək. Deputat köməkçisi işləyən Elçin Cahangirov kimdir? Goranboy rayonunun Bəşirli kəndində anadan olmuş, orta məktəbi güc bəla ilə bitirmiş Azərbaycan Texnologiya Universitetinin “Yüngül sənaye” ixtisasına qiyabi yolla düzəlmiş və oranı sürünə-sürünə güc-bəla ilə bitirmiş cahil bir insandır. O, ali məktəbi qurtardıqdan sonra hərbi xidmətə getmək əvəzinə Moskvaya alverə getdi. Moskvada xarici vətəndaşın əmlakını dələduzluqla ələ keçirərək, yenidən Azərbaycana qaçmışdır. Nə Elçin Cahangirov, nə də ki, onun qardaşlarının heç biri Qarabağ döyüşlərində iştirak etməmişdir. Nə üçün? Bu suala aidiyyatı olan dövlət orqanları cavab verməlidirlər. Ancaq bütün bunlara baxmayaraq hansısa qara qüvvələrin əli ilə, heç bir elmi, siyasi biliyi olmayan və mənəvi haqqı olmadığı halda onu Goranboy rayonunun icra başçısına I müavin təyin etdirdilər. (Bu məsələ çox vacib məsələdir, araşdırılmalıdır ki, belə mənəviyyatsız, savadsız, tüfeyli həyat keçirən qabiliyyətsiz adam bu vəzifəyə neçə təyin olundu?).
Goranboy rayonun sabiq icra başçısı Nizaməddin Quliyevlə baş-başa verərək rayonda soyğunçuluğa başladı. Külli miqdarda əmlaka sahib oldu. İnsanlardan müxtəlif adlarla pul topladı. Məsələn: Dəliməmmədli şəhər sakini Malikli Arzu Əkbər oğlundan 14 min manat alaraq, onun oğluna iş verəcəyini demişdir. Ancaq Nizaməddin Quliyevin həbsindən sonra əsas rüşvət toplayan, rayon sakinləri ilə dövlət arasında inamsızlıq yaradan bu adam həbsdən qıraqda qaldı. Niyə? (Bu suala hüquq-mühafizə orqanları cavab verməlidirlər). Rayona yeni təyin olunmuş icra başçısı Məhərrəm Quliyev onu tutduğu vəzifədən azad etdi. Ancaq müxtəlif yollardan istifadə edərək həbs olunmaqdan hələ ki canını qurtarıb. O, sakinlərdən topladığı pulları geri qaytarmadı. Yenidən həmin qara qüvvələr onu rayonda başqa vəzifəyə gətirdilər. Yeni vəzifədə də köhnə ənənələrini davam etdirdi. Hətta iş o yerə çatdı ki, şəhidlərin dəfnində onlara olunan yardımlara da əl uzatdı. İcra başçısının sabiq I müavini Ceyhun Həsənov bu işin üstündə onu möhkəm döymüşdü. İcra başçısı Məhərrəm Quliyev onu yeni vəzifəsindən də qovdu. Ancaq az bir müddətdən sonra həmin qara qüvvələr onu rayondan seçilmiş deputat Anar Məmmədova köməkçi təyin etdilər. Elçin Cahangirov hər yerdə qeyd edir ki, mən dövlət məmuruyam, heç kəs mənə toxuna bilməz. Bu ildə Elçin Cahangirov və qardaşı Ruhin Cahangirov kənd sakinlərindən taxıl biçinindən xeyli əvvəl onları aldadaraq sizə biçin vaxtı ucuz qiymətə taxıl verəcəyəm adı ilə Bəsirli kənd sakinləri Lalə Rəhimova, Dilarə, Natiq Məmmədovdan, Xınalı kənd sakini Azərdən, Çaylı kənd sakinləri Mahir və Nəsibdən xeyli miqdarda pul almışlar. Biçin qurtardıqdan sonra həmin adamların nə taxıllarını verdilər, nə dəki pullarını. Bu kənd sakinləri rayon polis şöbəsinə şikayət etdilər. Ancaq onların şikayəti cavabsız qaldı. İşi o, yerə çatdırıblar ki, Ruhin Cahangirov şikayətçiləri hədələyərək deyir ki, kim bizdən təkrar şikayət etsə, onun maşınına, həyətinə, cibinə narkotik qoyaraq həbs etdirəcəyəm. Bizi maraqlandıran bir məsələ də odur ki, son vaxtlar “Narkotik” satışı ilə məşğul olan adamlar həbs olunurlar. Görəsən bunlara nə zaman bəsdir deyən tapılacaq.
Hörmətli məmurlar! Sizdən artıq dərəcədə xahiş edirik ki, Elçin Cahangirovun kimliyini, birdəki onun etmiş olduğu cinayətləri dəqiq araşdırıb tədbir görəsiniz. Belə bir savadsız, əqidəsiz, cinayətkar,ona buna atan bir adamın rayon sakinlərinin təmsilçisi olması yol verilməzdir. Onun deputat köməkçii olması Azərbaycan Respublikasının Milli Məclisinə qarşı bir təxribat kimi qiymətləndirilməlidir”.
Bu yazıda kifayət qədər ciddi ittihamlar olduğundan adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
388 dəfə oxundu