Ziya Məmmədovun oğlu istefa verdi

Ziya Məmmədovun oğlu istefa verdi
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasiyasının prezidenti vəzifəsindən rəsmən istefa verib.

Bu barədə xəbəri Qaynarinfo-ya Gənclər İdman Nazirliyinin bu idman federasiyası üzrə kuratoru Fikrət Hüseynov bildirib: "Federasiyanın rəhbərliyi yoxdur. Ona görə də fəaliyyəti tam dayandırıb".

2013-ci ildə oktyabrın 2-də mərhum Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə açılan Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının ərazisi artıq özəl tikinti şirkətinə satılıb, hazırda orada yaşayış binası tikilir.

Ziya Məmmədovun oğlu istefa verdi


Fikrət Hüseynov federasiyanın Biləcəri qəsəbəsi, Sumqayıt şosesi 9-cu km-də yerləşən baş ofisi və idman meydançasının satılmasına da belə münasibət bildirib: "Bu barədə dəqiq heç nə deyə bilmərəm”.
Ziya Məmmədovun oğlu istefa verdi

Əldə etdiyimiz digər məlumata görə, Azərbaycan Qolf Federasiyasiyası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə verilə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...