Razim Məmmədovla bağlı ilginc iddialar

Razim Məmmədovla bağlı ilginc iddialar

Deyir qulaq gündə bir təzə söz eşitməsə kar olar.
Xətainin keçmiş icra başçısı Razim Məmmədov haqqında nələr yazılmayıb, nələr deyilməyib. Amma...
Əmması odur ki, son məlumata görə, Azərbaycanda bir neçə keçmiş nazir və icra başçısı əməlli-başlı briliiyant biznesi ilə məşğul olurlar.
Mənbənin dediyinə görə, bu vəzifəli şəxslər əvvəl Afrikanın bir neçə ölkəsindən Azərbaycana briliyant zərgərlik məhsullarının gətirilməsi ilə məşğul olublar.
Sonra həmin şəxslər qərara gəlib ki, Afrikada briliyant xammalı olan ərazi-mədən almaq lazımdır.
Və bu məqsədlə o zamankı kənd təsərrüfatı naziri İsmət Abasov, Xətainin ozamankı icra başçısı Razim Məmmədov və adı bizə məlum olan bir neçə iri məmur şərik olaraq briliyant biznesi ilə məşğul olmağa qərar veriblər. Hətta keçmiş polis rəsilərindən biri bu işə nəzarət etmək üçün Dubaya “ezam” olunub.
Amma ortaya suallar çıxır. Briliyant biznesinə şərik olmaq üçün ən azı milyonlar lazımdır.
Bəs Xətainin icra başçısı Razim Məmmədovda bu milyonlar haradan idi ?
Axı, bu adam 1983-cü ildə Kitab ticarətində maşınlara kitab yükləyirdi və arada 4-5 kitab çırpışdırıb çörək pulu qazanırdı. Sonra kurtka satmağa başladı.
Sonra hansı yollasa Kooperasiya institutuna daxil oldu. Və “tovaraved”-əmtəəşünas diplomu aldı.
15 ildən sonra isə “hüquq diplomu”nu ala bildi.
Bir müddət sonra Razim Məmmədovun sorağı Sumqayıtda tibb müəssisəsindən gəldi.
Bəli, Razim Məmmədov “Real Tibb Mərkəzi”nin direktoru oldu.
Bir soruşan olmadı ki, ay Razim, sən “tovaraved” hara, tibb mərkəzi hara ?
Bir müddət sonra isə Razimin səsi-sədası inşaat firmasından gəldi.
Deməli, Razim Məmmədov öz inşaat şirkəti ilə Sumqayıtı abadlaşdırmağa başladı.
Beləcə Razim Məmmədov sürüşə-sürüşə gəldi çıxdı ocaq başına, yəni Xətainin icra hakimiyyətinə.
Razim Məmmdov bəlkə də yatsaydı yuxusuna girməzdi, heç xəyalına da gəlməzdi ki, Xətai icra hakimiyyətində otura icra başçısının kreslosunda.
Çünki Razim Məmmədovun xəyallarında ancaq “Səkinə...” arzusu-istəyi var idi.
Dana ətindən yeyib kefi yuxarı olanda ancaq “Səkinə..” barədə düşünürdü. Razim hara, icra başçısı vəzifəsi hara ?
Razim Məmmədov Xətainin icra başçısı olan kimi rayon ərazisindəki yaşıllıqlara qənim kəsildi, ağacları məhv edərək, satacağı obyektlər üçün yer hazırladı...
Təsəvvür edirsiniz, illərlə zəhmət hesabına becərilmiş ağaclar Razimin göstərişi ilə bir gecədə məhv edildi.
Hər ağac, hər yaşıllıq Razim Məmmədov üçün pul demək idi.
Uzun müddət Razim Məmmədovla birgə işləmiş doğma əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Xalid Məmmədovun cinayət işinin istintaqı zamanı ortaya elə faktlar çıxdı ki, hamı düşündü ki, bu gün-sabah Razim Məmmədov həbs olunacaq.
Təsəvvür edirsiniz, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Razimin əməllərindən bezmişdi, amma gücü çatmırdı, çünki icra başçısının arxasında “Məhərrəm kimi monstr “ dayanmışdı. Bu məqamda “briliyant biznesi” yada düşür...
Təsəvvür edirsiniz, Razim Məmmədovun dövründə Xətai ərazisində yüzlərlə qanunsuz bina, obyekt tikilib.
Bir daha təsəvvür edirsiniz, bu kitab satan “tovaraved”in Bakının meri olması üçün kimlər minnətçi düşməmişdi..?
Onu da qeyd edək ki, bu gün də Bakının meri Eldar Əzizov Xətaidə tikilən qanunsuz tikintilərlə bağlı materialları hüquq-mühafizə orqanlarına göndərməkdə davam edir. Yəni Razim Məmmədovun məsələsi hələ də açıq qalıb. Bir də gördün ki, çağırdılar ki, gəl hesabat ver...
Uzun müddət Xətaidə işləyən şəxsin dediyinə görə, Razim Məmmədov satılan torpaqların nəinki hər kv.m-ni hətta sm-ni də hesablayırdı, elə bil dədəsinin malı idi..
Razim Məmmədov başını kəsdiyi ağacların hesabına oğluna 300 min dollara avtomobil almışdı.
Və ən maraqlısı odur ki, bu avtomobil Almaniyada Məmmədov üçün xüsusi olaraq hazırlanıb.
Təsəvvür edin ki, dünyada cəmi belə 25 min avtomobil var.
“Xetçbek” sinfinə aid olan bu maşınların minimal qiyməti 180 min avrodur. Eksklüziv variantları isə daha bahadır - qiymətlər 270-400 min avro arasında dəyişirdi. O dövrdə icra başçısının oğlunun cəmi 15 yaşı var idi.
Yəni bu siyahını kifayət qədər uzatmaq olar.
Amma Razim Məmmədovun yaxın müxalifətçi dostları deyir ki, Razim müəllimin iştahası o qədər böyükdür ki, bir oturuma bir dananı yesə doymaz.
Bu iştaha təkcə dana məsələsi ilə bitmir e, bu adam torpağı, vəzifəni qamarlamaq istəyir.
Razim Məmmədov Xətaidə icra başçısı olarkən bacısı Alidə Həsənovanın əri Zeynal Həsənovun şirkətinə onlarla tenderi “hədiyyə” edib.
Razim Məmmədovun təkcə Bakıda 75 mənzili var, Novxanıda istirahət mərkəzləri, Sumqayıtda ticarət obyektləri və s.
Ancaq Razim Məmmədovun ən çox sevdiyi guşə, “Muğan” otelinin yerində tikilən hündürmərtəbəli binadır. Həmin binada 4 mərtəbəni alan Razim Məmmədov mərtəbələrin arasını açmaqla ağılasığmaz gözəllikdə bir saray yaradıb. Hündürmərtəbəli binadakı bu sarayında hovuz, böyük akvariumlar və s.
Razim Məmmədovun Mariannası isə başqa aləmdir.
Qapısı, pəncərəsi dənizə baxan möhtəşəm obyekt.
Şahidlərin dediyinə görə, bu obyektin əsas hissəsi yerin altındadır, aysberqin görünməyən hissəsi kimi. Bəziləri deyir ki, guya dənizin altına burdan yol gedir. Guya gecələr burdan qəribə səslər gəlir, kimsə “tuz məndə”, kimsə “məndə 21” deyib qışqırır. Söhbət təkcə MARİANNA-dan getmir e, Yasamalda nə qədər evləri, obyektləri var Razim Məmmədovun. Bir vaxtlar Ramiz Mehdiyevin şəninə sözlər deyən Razim Məmmədov indi də Əli İnsanovun Haqq Ədalət Partiyasını hər yerdə tərənnüm edir. Hələ Əli doxtur türmədən çıxanda Razim nə qədər muştuluq vermişdi. İndi paçka-paçka adamları partiyasına üzv yazdırır.
Yəni Razim Məmmədov hələ də Bakının meri olmaq arzusundadır. Deyir bəlkə Əli doxtur onu bu istəyinə çatdırar..
Bütün bunlar öz yerində. Amma ən maraqlısı odur ki, görəsən, Novxanıdakı dəyəri bir neçə milyonla ölçülən möhtəşəm otel, restoran, istirahət mərkəzi - “Mariana Trench”, niyə Vergilər Nazirliyinin diqqətini cəlb etmir ?
Ümumiyyətlə, bu boyda mülkiyyət, obyekt, restoran sahibi olan Razim Məmmədov dövlətə vergi ödəyirmi?
İndi də deyirlər, Razim Məmmədovun sorağı Prezident Administrasiyasından gəlir.
Bu məsələni ciddi araşdırıb, növbəti yazıda bəhs edəcəyik. //gundelik-baku.com//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...