Rektor öz adamını dekan elədi - prossesin qalibi oldu...

Rektor öz adamını dekan elədi -

"Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rektor İbrahim Cəfərov istədiyini edir. Onunla bağlı hələ zamanında ADAU-nun keçmiş rektoru, İsmayıllı rayonunun mərhum icra başçısı Mirdaməd müəllim də haqlı sözünü demişdi. Mirdaməd müəllim ondan sonra rektor gələn İbrahim Cəfərovla bağlı ADAU kollektivinə "bu adamdan ehtiyatlı olun" deyərək köhnə işçilərini Allaha tapşırmışdı". DİA.AZ bildirir ki, bu sözlər redaksiyamıza göndərilən ADAU müəllimlərinin müraciətində yer alıb.

Xatırladaq ki, ADAU Aqronomluq fakültəsinə dekan seçkiləri ilə bağlı hazırladığımız materiallarda da rektorun rəsmən istədiyini həyata keçirməsi, bu zaman isə qanunları belə qarşısına alması haqda məlumatı təqdim etmişdik:

http://www.dia.az/3/318319-adau-da-dekan-sechkisi-bitmeyib-amma-qelebesini-qeyd-edenler-var.html

DİA.AZ-a yazan müəllimlər bildirir ki, elə də oldu. İbrahim Cəfərov İsmayıl Məhərrəmovu yenidən dekan elan etdi:

"ADAU-da seçkilər bir oyundur. Amma nədən bu oyuna nazirlik qiymət vermir. Bunun səbəblərini biz yaxşı bilirik. İbrahim Cəfərov aybaay Təhsil Nazirliyində kimin haqqını çatdırır... Amma bilmədiyimiz odur ki, nədən hüquq-mühafizə orqanları bu faktlara susur..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Mövzu diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...