Beyləqan baş həkimin xüsusi "istedadı" - ilginc iddia

Beyləqan baş həkimin xüsusi "istedadı" -

Beyləqan Mərkəzi Xəstəxanasın direktoru Nürəngiz Bəşirova 50 min manat rüşvətə müavinini rəhbər vəzifəyə təyin etdirib.

Beləki, bir müddət öncə Beyləqan Mərkəzi Xəstəxanasının baş həkiminin təşkilatı-Metodik işlər üzrə müavi olan Kifayət Hacıyevə Xocavənd rayon xəstəxanasının direktoru təyin edilib. Dəfələrlə haqqında çoxsaylı şikayətlər olan və bu şikayətlərə görə töhmət alan biri necə olub ki, baş direktor təyin edilib.

“Beyləqan Xəbərləri” səhifəsinə daxil olan məlumata görə Kifayət Hacıyeva Xocavənd xəstəxanasının direktoru təyin edilmək üçün 50 min manat pul xərcləyib. Kifayət Hacıyevanın direktor təyin edilməsini isə hazırda Beyləqan rayon xəstəxanasının direktoru işləyən Nürəngiz Bəşirova “həll” edib.

Direktor Hacıyevanın vəzifə üçün xərclədiyi 50 min manatı Nürəngiz Bəşirovaya verdiyi bildirilir. Yəni Kifayət Hacıyevanın TƏBİB-lə əlaqələrini, onun Xocavənd xəstəxanasının direktoru təyin edilməsi üçün verdiyi pulu yuxarıya Nürəngiz Bəşirova çatdırıb.

Aldığımız məlumata görə Nürəngiz Bəşirova Kifayət Hacıyevanın 50 min manatından icra başçısı Eyvaz Hüseynovada pay verib. Məlumata görə Kifayət Hacıyeva Xocavənd xəstəxanasının direktoru təyin edilməsinə artıq peşman olub. Çünki o direktor vəzifəsində olmasına baxmayarq yenədə Xocavənd xəstəxanasını Nürəngiz Bəşirova idarə edir və Kifayət Hacıyeva demək olar ofsaydda qalıb. Məsələ ilə bağlı araşdırmamız davam edir. Bizi izləməkdə davam edin. //guninfo.az//

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...