Mehdiyev general Bəhruz Quliyevi necə xilas etmək istəyir?
Bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev səırəncam imzalayaraq komitədəki idarə və xidmət rəislərinin yerlərini dəyişdi. Bir neçə nəfər istisna olmaqla heç kim vəzifədən azad edilmədi. Yerdəyişmələr ictimai qınağa səbəb oldu. Ardından isə Səfər Mehdiyevin rəhbəri olduğu qurumdan açıqlama gəldi ki, bu islahatdır və islahatlara "müxaliflik" etmək heç də ürəklərincə deyuilmiş.
Lakin bu yerdəyişmələrin əslində islahat yox, kimlərisə xilasetmə tdbiri olduğu bildirilir. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən yol verilən çox ciddi nöqsanlara görə, DGK daxilində ciddi araşdırmalar da başlayıbmış. Hətta məlumatlarda bildirilirdi ki, DGK-nın bəzi generalları ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər də ünvanlanıbmış.
Gundeminfo.az-a danışan mənbə bildirir ki, əsasən ölkənin Hava Nəqliyyatında daşımalarla bağlı bir sıra sahibkarlardan narazılıqlar çoxalıbmış.
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi gömrük general-mayoru Bəhruz Quliyev Mehdiyevin 7 yanvar 2022-ci il tarixli 1000/021ş nömrəli əmrindən xeyli məmnun görünür. Mənbəmiz iddia edir ki, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilən general əslində böyük bir bəladan qurtula bilib.
Ortada çox ciddi bir sual var - uzun zamandır sahibkarlara qənim kəsilmiş və özünü Al Kapone adlandıran Bəhruz Quliyevin vəzifəsi niyə dəyişdirildi?
Məlumata görə general indiki vəzifəsində o Komitənin Aparatında oturaraq gömrük məntəqələrinin işinə nəzarət edəçək, heç bir kənar gəliri olmayacaq, yalnız Səfər Mehdiyevin ona təyin etdiyi konvertlə dolanacaq.
Məlumatlara əsasən sahibkarlara məxsus, təyyarə ilə gələn yüklərin Bəhruz Quliyev tərəfindən uzun müddət ərzində qanunsuz olaraq aeroportda AZAL-da Cahangir Əsgərova məxsus anbara saxlanılması, sonradan sahibkarlardan şantaj edilərək əlavə pulların alınması və bəyannamə qiymətlərinin qaldırılmasının tələb edilməsi, zorla külli miqdarda anbar pulları ödətdiririb. Bu barədə dəfələrlə yerli media və sosial şəbəklərdə sahibkarların şikayətləri yer alıb.
Bildiyiniz kimi, Bəhruz Quliyevin nə kiçik sahibkar olan qadınlara, nə də ki, sahibkarlıqla məşğul olan keçmiş hərbiçilərə belə rəhmi gəlmirdi. Sahibkarların mallarını qanunsuz olaraq saxlatdırırdı daşıyıcının anbarında və sonra onlardan qanunsuz tələblər edirdi. Mətbuatda sahibkarların çoxsaylı şikayətlərindən sonra prokurorluq orqanları da fəaliyyətə keçdi və anbar fırıldaqları ilə məşğul olan bəzi gömrükçülər saxlanılaraq onların barəsində cinayət işi başlanıb.
Bu günlərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsi yanında «Azərterminalkompleks» Birliyinin bir necə vəzifəli şəxsləri saxlanılıb. Birliyin müvəqqəti saxlanc anbarlarının təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayev və Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev həbs ediliblər.
Maraqlıdır ki, həbslər məhz Bəhruz Quliyevin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə rəhbərlik etdiyi dönəmlərə təsadüf edib. Araşdırmalarıən davam etdirildiyi, həbslərin də çoxalacağı qeyd edilir.
Gundeminfo.az xəbər verir ki, hazırda da Bəhruz Quliyevin zamanından qalan çoxsaylı problemlər qalmaqdadır. Belə şikayətlərdən birini diqqətinizə çatdırırıq:
"Bəhruz Quliyevin və onun anbar fırıldaqları barədə göstərilənlər tam doğrudur, həqiqətdir. Şəxsən mənim şirkətimə xarici ölkədən 2021-ci ilin may-iyun aylarında daxil olan yüklər bu günədək Bəhruz Quliyev tərəfindən daşıyıcı "ASG Business Aviation" MMC-in "GHC" filialının anbarında qanunsuz olaraq saxlanılır. Həmin anbarda saxlanc haqqı dövlətin qanuni gömrük anbarından 50 dəfə artıqdır. Şirkətimizin öz anbarı olmasına baxmayaraq mallar saxlanc ücün özümüzə verilmir. 8 aydır guya gömrük rəsmiləşdirilməsi aparılır. Dəfələrlə yuxarı orqanlara etdiyimiz şikayətlərin də heç bir mənası yoxdur. Şikayətlərlə ötür-ötür oyunu oynayırlar. Bizə heç bir rəsmi cavab, bildiriş verilmir. Bəhruz Quliyev qərəzli olaraq mallarımızı saxlayıb bizdən bəyannamədə göstərilən gömrük dəyərini 3 dəfə artırılmasını şifahi olaraq qanunsuz tələb edir. Biz bu qanunsuz tələblə razılaşmadığımıza görə mallarımız qərəzli olaraq buraxılmır. Gömrük orqanlarının bu kimi qanunsuzluqlarına artıq son qoyulmalıdır!"" deyə Aytən Ələkbərova adlı sahibkar etiraz bildirib.
Görünür Səfər Mehdiyev yaxşı anlayır ki, rəhbəri olduğu qurumla bağlı ortada olan kütləvi narazılıqlar əslində bir gün onun özüenə doğru sərt suallar və ittihamlar formasında yönələcək. Bu baxımdan da Bəhruz Quliyevin yerini tələm-tələsik dəyişərək sahibkarların narazılıqlarını ört-basdır etməyə çalışır. Buna nə qəıdər nail olacaq, onu da zaman göstərəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
3349 dəfə oxundu