Bu da 5 saniyəyə 500 mənzil satan məmurun oğlu - "BMV X-7" ilə "protiv gedir" - VİDEO

Bu da 5 saniyəyə 500 mənzil satan məmurun oğlu -
Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur./Avtosfer.az





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1658 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...