Sabirabaddakı faciə üzərindən qurulan “Sem dayı siyasəti”

Sabirabaddakı faciə üzərindən qurulan “Sem dayı siyasəti”

Bu qədər cılız olmayın. İnsanların faciəsi üzərindən özünüzə siyasi dvident qazanmağa çalışmayın. Dünəndən sosial şəbəkədə bir dəstə qaraguruhun Sabirabadda baş verən məlum faciəni iqtidarın, hökumətin səhvi, insanlara diqqətsizliyi kimi qələmə verirlər. Elə təqdim edirlər ki, guya bu faciənin səbəbkarı iqtidardır. Yetdi artıq. Ayıbdır.

Sabirabadda insanlar faciələrini yaşayır - bir dəstə özünə müxalifətçi deyən dəstə də düşüb ortaya ki, bu traktor köhnədir, insanları belə daşımazlar filan... Cənablar əlinizin altında - gözünüzün içində telefon, internet var - yazanda bir axtarış verin görün Türkiyədə, Gürcüstanda, Ukraynada, Qazaxıstanda, Belarusda, Çexiyada tarlada işləyənləri necə aparırlar, hansı texnika ilə daşıyırlar? Ölkədən kənara çıxanınız olubsa Gürcüstanda, Ukraynada, Türkiyədə tarlada işləyənləri daşıyan texnikalara baxın. Bu bir nəqliyyat qəzasıdır. Bu texniki olaraq qoşqunun açılması və insanların suya düşərək boğulmasıdır. Nə məntiqdir bu? Nə yanaşmadır. O hadisədə 1 nəfər dünyasını dəyişsəydi heç biriniz bu reaksiyanı verməyəcəkdiniz.

Və ya ayrı ayrı rayonda olsaydı bir neçə nəfər şəxs dünyasını dəyişsəydi bu artistliyi etməyəcəkdiniz ƏMİNƏM! Hansı ki, hər gün Azərbaycanın yollarında nasazlıqdan idarəetməni itirərək qəzaya düşən insan(lar), ailələr var. Sizin kor məntiqinizdən belə çıxır ki, bu qəzaların da səbəbkarı iqtidardır və ya bəzilərinizin anladığı qədər dövlətdir?

Mübarizə aparmağa bir məntiqiniz, prinsipiniz yoxdursa, çiçəkdən böcəkdən danışın...

Və dövlət dediyiniz anlayış nədir bilirsinizmi? Dövlət və hökumət anlayışları fərqlidir. Goreşən kimi insanların faciəsi üzərindən özünüzə siyasi dvident qazanmağınızı bilmirikmi?

İnsanları işindən ayırıb, vədlər verib, gəncləri vətəni üçün çalışmalarından yayındırıb öz uşaqlarınızın Avropada həyatını düzəldəcəksiniuz deyə utanmadan hələ “haqq”, “ədalət” deyə çığırırsınız....

Nədir sizin bu manyakca yanaşmanız... ?

Heç olmasa bir az vicdanınızla danışın. Axı Sabirbadda baş verənlər əslində bir yol nəqliyyat hadisəsidir. Axı bu şəkildə müxalifətçilik etmək olmaz! Axı mənim doğma vətənimdə bir ailə faciiəsi ilə baş-başa qalıb...

Bu yolla özünüzə rəğbət yox nifrət qazanırsınız !!!!

Hər gün insanlar həyatlarını itirirlər....

Yolda, tikintidə, qaz sızmasında, suda, quruda.... Hər həyatını itirənə görə də yanan canlar var. Bir gün sizin də doğmalarınız olası bir qəza, faciə nəticəsində həyatını itirə bilməzmi? Budurmu sizin sem dayınızdan aldığınız təlimat ki, insanların faciəsi üzərindən siyasət qurub uğur qazanasınız? Tüpürüm sizin siyasətinizə...

Uşaqlarınızı Avropada oxutmaq istəyirsiniz? Oxudun! Pul qazanmaq istəyirsiniz QAZANIN! Canınız cəhənnəmə! Amma sadə insanların faciələri üzərindən kəndirbazlıq etməyin!

Bu prinsiplərlə heç zaman uğur qazana bilməyəcəksiniz. İqtidara qarşı müxalif olmaq istəyirsinizsə.... bunu da istəmirsiniz bəlli çünki o beyin və beyninizdəki hüceyrələr pul və rahat həyatdan başqa heç nə haqda düşünə bilmir...




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...