Ermənistan Hindistandan haubitsa sistemi alır

Ermənistan Hindistandan haubitsa sistemi alır
Ermənistan Hindistandan dağlıq rayonlarda istifadə üçün 155 millimetrlik özüyeriyən haubitsa sistemi alır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Haubitsa sisteminin Hindistan şirkəti tərəfindən 8 ay ərzində hazırlandığını və Hindistanın Balasor və Pokran bölgələrində sınaqdan keçirildiyini açıqlanıb.
Qeyd olunub ki, sözügedən haubitsa sisteminin Ermənistan hakimiyyəti ilə 40 günlük sınaqdan sonra onun Ermənistan Silahlı Qüvvələrinin standartlarına uyğun olduğu müəyyən edilib və bununla bağlı müqavilə imzalanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...