Yol qəzası törədib qaçan biznesmen intihar etdi

Yol qəzası törədib qaçan biznesmen intihar etdi

Quba rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən səhər saatlarında rayonun İspik kənd sakini olan 1987-ci il təvəllüdlü İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında-meşəlik sahədə tapılıb. Onun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu məlum olub.

Araşdırmalar zamanı, həmçinin üzə çıxıb ki, martın 6-sı saat 16 radələrində İ.Əlimərdanov Quba şəhərində yol qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi “Niva” markalı 40 BB 011 avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İntiqam Əlimərdanov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib.

Xəstəxanaya yerləşdirilmiş R.Ağayevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...