Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

"Gundeminfo.az" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və 10 ədəd patron aşkarlanıb.

Elşən Həsənzadə odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...