Generalının və ailəsinin əmlaklarının üzərinə həbs qoyulub

Generalının və ailəsinin əmlaklarının üzərinə həbs qoyulub
Moskva məhkəməsinin qərarı ilə Rusiyada keçmiş müdafiə nazirinin müavini, ordu generalı Timur İvanov və onun qohumlarının aktivləri, bank hesabları və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub.

“Report”un məlumatına görə, bu barədə “TASS” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

“Onun və həyat yoldaşının, həmçinin keçmiş arvadının və övladlığa götürülənləri də daxil olmaqla, beş uşağının adına olan hər şey, bütün əmlaklarının üzərinə artıq həbs qoyulub”, - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

Artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb. Timur İvanovun 1 milyard rubldan çox məbləğdə rüşvət aldığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...