Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verilib

Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verilib
Polis evlənmək məqsədi ilə başqa rayona gedən 15 yaşlı qızı taparaq ailəsinə təhvil verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...