Nəcməddin Sadıkovun yaxın adamı bəraət istəyir
Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyev ("Şlyapa Zahid") və onunla birgə ittiham olunan "N" saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Gundeminfo.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 5-nə təyin edilib.
Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "Şlyapa Zahid" kimi tanınan Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilərək azadlığa buraxılıb.
Ətraflı
Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə "Şlyapa Zahid" 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan N saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan məhrum edilib.
İttihamları nə "Şlyapa Zahid", nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması gedir.
Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi məşhurlaşıb.
389 dəfə oxundu