“Rəqsanə 520 min dollara görə tutulmayıb…” – Vəkili yeni detalları açdı
“Bu gün apellyasiya şikayətinə baxılacaq, hesab edirik ki, Rəqsanə İsmayılova azadlığa buraxılmalıdır”.
Gundeminfo.az bildirir ki, bu sözləri Teleqraf-a müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.
Vəkilin sözlərinə görə, müvəkkili özünü təqsirli hesab etmir. Sezar pizza
Hikmət Əliyev “Zərərçəkmişlərin adını qeyd edə bilərsinizmi” sualına isə: “Hazırkı vəziyyətdə onların adlarının qeyd edilməsi istintaq sirrinin pozulmasına səbəb ola bilər. Ona görə də həmin şəxslərin adını açıqlamaq istəmirəm”, – deyə cavab verib.
Hikmət Əliyev onu da qeyd edib ki, Rəqsanə İsmayılovanın Rusiyada iş adamının azadlığa buraxılması üçün onun yaxınlarından 520.000 ABŞ dolları məbləğində pul alması haqda ittiham doğru deyil: “Bu haqda məlumat vermək istəmirəm. Məsələ tamamilə başqadır”.
“İfaçının həyat yoldaşı Fazil Əmiraslanovun Rusiyadakı restoranı satışa çıxararq ifaçının borclarını ödəyəcəyi haqda xəbərlər doğrudurmu” sualına isə Hikmət Əliyev: “Bu haqda məndə elə bir məlumat yoxdur. Bu məsələ doğru deyil”, – deyib.
62 dəfə oxundu