Bakıda yenə saxta pul hazırlayıb satanlar tutuldu - FOTOLAR

Bakıda yenə saxta pul hazırlayıb satanlar tutuldu -

Daxili işlər orqanları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında keçirilən xüsusi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri Allahverdi Ələkbərov və Rafiq Şahverdiyev paytaxtın Nəsimi rayonu ərazisində saxta 8000 manatı 3500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslərin Bakı şəhərində kirayə qaldıqları mənzilə baxış zamanı oradan da əlavə olaraq saxta pul əsginasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Keçirilən xüsusi ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta manatlar həqiqi əsginaslardan heç də çox fərqlənmir.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bakıda yenə saxta pul hazırlayıb satanlar tutuldu -
Bakıda yenə saxta pul hazırlayıb satanlar tutuldu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...