Dəhşətli qəzada ölənlərin hamısının şəxsiyyəti məlum oldu – SİYAHI

Dəhşətli qəzada ölənlərin hamısının şəxsiyyəti məlum oldu –


Bu gecə Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş vermiş dəhşətli qəzada ölən 6 nəfərin hamısının şəxsiyyəti müəyyənləşib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 21:00 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 45-ci km-də 1976-cı il təvəllüdlü Abşeron rayonu Saray qəsəbəsində yaşayan Bayramov Elyar Yusif oğlunun Quba rayonu istiqamətdə idarə etdiyi “Wolskvagen Passat” markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Tovuz rayon sakini Məmmədov Elnur İsfəndiyar oğlunun əks istiqamətdə idarə etdiyi “Vaz-21102” markalı, 66-BS-663 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə “Vaz-21102” markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin “Wolskvagen Passat” markalı avtomobildə olan sərnişin - 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər, “Wolskvagen Passat” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da E.Bayramovun həyatını xilas etmək mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...