Zaqatalada əməliyyat - 56 kq narkotik müsadirə olundu - VİDEO

Zaqatalada əməliyyat - 56 kq narkotik müsadirə olundu -


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssəsinin ərazisində narkotik tərkibli bitkilər becərən Zaqatala rayon sakinləri həbs edilib. Zaqatala RPŞ tərəfindən Ekologiya və Təbii Sərvətlər nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssəsinin 9-cu kvartalının 3 saylı dolayının ərazisindəki meşə zolağında əməliyyat-axtarış tədbirləri keçirilib. Adı çəkilən ərazinin üç ayrı-ayrı yerində narkotik tərkibli bitki hesab edilən çətənə kollarının əkilməsi aşkarlanıb.

Kanal S (Region TV) xəbər verir ki, ərazidən ümumi çəkisi 56 kq 455 qram narkotik tərkibli bitkilər yığanZaqatala rayon sakinləri Şakir Məmməd oğlu Mirzəyev, İlham İsa oğlu Aslanov və Oqtay Xəlil oğlu Lebeyev elə hadisə yerində saxlanılıblar.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin sahələrə quraşdırılmış foto-video kameralara baxış keçirən zaman Zaqatala rayon sakinləri olan Elçin Rüfət oğlu Mikayılovun, Vaqif Əli oğlu Qardaşovun və Rəşad Ziyəddin oğlu Məmmədovun sahələrdən çətənə kollarının yığması müəyyən edilib. Keçirilmiş tədbir nəticəsində adı çəkilən şəxslər tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxslərdən Elçin Mikayılovun yaşadığı evdə aparılan axtarış zamanı evin yataq otağında sandığın arxasında bir ədəd selofan torbada çəkisi 39,51 qram, çarpayının altında selofan torbada çəkisi 11,3 qram olan qurudulmuş marixuana və müxtəlif növlərdə olan çoxlu sayda soyuq silah və xəncər götürülərək maddi sübut kimi istintaqa təhvil verilib. Bundan başqa Elçin Mikayılovon “Pipan” adlanan dağlıq ərazidə bir ədəd ağ torbada gizlətdiyi 4 kq 70 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-də saxlanılan şəxslər barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb və barələrində Zaqatala rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...