MDB: terrorçuluğa görə 5 mindən çox adam axtarışdadır

MDB: terrorçuluğa görə 5 mindən çox adam axtarışdadır


MDB ölkələrinin Antiterror Mərkəzi terrorçuluq fəaliyyəti ilə bağlı 5 mindən çox adamı axtarışa verib.

Novator.az-ın məlumatına görə, bunu mərkəzin rəhbəri Andrey Novikov sentyabrın 6-da MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iclasında deyib.

Andrey Novikov bildirib ki, terror xarakterli cinayətlərə görə beynəlxalq axtarışa verilmiş adamlar haqda informasiyalar Antiterror Mərkəzində yaradılan məlumat bankına daxil edilir: “Hazırda MDB-də terrorçuluq fəaliyyəti ilə məşğul olan 5 mindən artıq adam axtarışdadır. Son vaxtlar mərkəz onlardan 1200 nəfərin yeri haqda məlumat əldə edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...