Həbsdə doğulan uşaq ölüb - Rəsmi məlumat

 Həbsdə doğulan uşaq ölüb -


Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən Mahnurə Hüseynova istintaq təcridxanasında dünyaya gətirdiyi uşağın yoxa çıxdığını deyib. Bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti araşdırma aparıb və nəticələri barədə məlum verib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzVision.az-a bildirib ki, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş Hüseynova Mahnurə Heydərəli qızı Bakı İstintaq təcridxanasında saxlanılan zaman hamiləliyi ilə əlaqədar olaraq doğum evinə göndərilib.

Şöbə rəisi qeyd edib ki, M.Hüseynova doğum evində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib: “Həmin uşaq yarımçıq doğulduğundan xüsusi aparatda saxlanılıb. Həmçinin anaya və uşağa lazimi tibbi yardım göstərilib. Ancaq bir gün sonra uşaq ölüb. Ölüm faktı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədləşmə işləri aparılıb. M. Hüseynova müalicə kursu keçdikdən sonra təcridxanaya qaytarılıb"-deyə M.Sadıqov vurğulayıb.

Qeyd edək ki, Mahnurə Hüseynova “Bakı Taxıl Kombinatı”nın direktoru Qalib Bağırovun qətli ilə bağlı təqsirləndirilir. Onunla bərabər əri Ehtiram Həsənov və Mübariz Əliyev də saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
716 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...